Azərbaycan minalardan təmizləmə prosesini təkbaşına daşıya bilməz - Britaniyalı professor
“Region üçün çox həyəcanlı bir dövrdür. Azərbaycan regionda çox mühüm təşəbbüslər irəli sürür. Azad olunmuş əraziləri, Şuşanı görmək möhtəşəm fürsət idi. Mən bunu çoxdan gözləyirdim, amma işğal zamanı Azərbaycanın Qarabağa icazəsiz getməmək tələbinə hörmətlə yanaşırdım. Biz burada böyük və surətli yenidənqurma işləri gördük. Və bu gün regionun gələcəkdə inkişafına dair detallı planları eşitdik. Azərbaycan azad olunmuş ərazilərdə müasir texnologiya, “ağıllı şəhər” konsepti və innovasiyalardan yararlanır. Bu ərazilərdə Ermənistan tərəfindən törədilmiş dağıntıları da görməzdən gəlmək mümkün deyil. Azərbaycan minalardan təmizləmə prosesini təkbaşına öz çiyinlərində daşıya bilməz, burada beynəlxalq əməkdaşlıq lazımdır”.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?