Azərbaycan nadir ölkələrdəndir ki, koronavirusdan xeyir görüb

# 19:12
15 aprel 2023

Avropa və Amerika kimi ölkələrlə müqayisədə Azərbaycan vərəm yükünü hələ də ciyərlərində daşıyan ölkələrdəndir. Məhz buna görə də, Böyük Britaniya, Avstraliya kimi ölkələrə üzünmüddətli viza almaq üçün vətəndaşlarımızdan tüberkloz analizi istənilir. Ümumdünya Səhiyyə Təşkilatı koronavirus pandemiyasına qədərki dövrdə dünyada vərəmin epidemioloji göstəricilərində bir qədər müsbət dinamikanın müşahidə edildiyini və nisbi stabilliyin yarandığını bildirmişdi. Ancaq pandemiya vərəmlə mübarizə tədbirlərinə mənfi təsir göstərdi.

 

Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova isə Azərbaycanda vərəm xəstəliyinin ötən illərlə müqayisədə azaldığını bildirir. Onun sözlərinə görə, 2022-ci ilin statistikasına baxsaq, 10 il bundan qabaqla müqayisədə xəstəliyə yoluxma 3 dəfə, 5 il bundan əvvəllə müqayisədə isə 2 dəfə azalıb.  

Dünyada son on ildə ilk dəfə olaraq vərəm xəstəliyindən ölənlərin sayı koronavirus pandemiyası başlayandan sonra artıb. Pandemiyanın Azərbaycana təsiri isə müsbət olub. Belə ki, Covid-19  Azərbaycanda insanlarda vərəmin aşkarlanmasında kömək olub. İradə Axundova bildirir ki, pandemiya dövründə insanlar sağlamlıqlarına daha həssas yanaşmağa başlayıblar.

Mütəxəssis bildirdi ki, statistik göstəricilərə görə, Azərbaycanda vərəmə yoluxma göstəricisi hər 100000 əhaliyə 28,4 nəfərdir. 2022-ci il bütün respublika üzrə ölənlərin sayı isə 400 nəfərə yaxındır.

 

Onu da qeyd edək ki, vərəm irsi xəstəlik deyil, vərəm mikrobakteriyasının hava damcı yoluyla xəstə insandan sağlam insana ötürülən infeksiyon xəstəlikdir. Düzgün mütəxəssis tərəfindən müalicə olunarsa, tam izsiz sağalır və insan əvvəlki kimi öz işinə davam edir. Əksəriyyətimiz vərəmi sadəcə ağciyər xəstəliyi olaraq bilirik. Ancaq diz sümüyünün vərəmi, göz vərəmi, miningit kimi bildiyimiz xəstəlik də əslində vərəmdir.

 

Yoluxuculuq xüsusiyyətinə gəldikdə isə İradə Axundova bildirdi ki, sadəcə ağciyər vərəmi yoluxucu ola bilir. Belə insanlarla qapalı şəraitdə uzun müddət qalmaq sağlam insan üçün risklidir.

Bir çox xəstəliklə oxşar olsa da, əsas simtom uzun sürən öskürəkdür.

Həkim onu da vurğuladı ki, şəkərli diabet, onkoloji müalicə alan, orqan transplantasiyası olan, hormon müalicəsindən keçən xəstələr vərəmə yoluxmada risk qrupundadır. Buna görə də ildə bir dəfə şikayəti olmasa belə müayinədən keçməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR