Azərbaycan neçə Avropa ölkəsi ilə strateji tərəfdaşdır?
“Aİ ilə yeni sazişin yaxın zamanda tamamlanması gözlənilir".
Görüş zamanı çoxtərəfli əməkdaşlıq da müzakirə olunub. Aİ və Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlıq mövcuddur.
APA TV xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT sədri, Polşanın xarici işlər naziri Rau Zbignievlə mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycanın 9 Aİ üzvü ilə strateji tərəfdaşlıq sazişi var.
“Aİ ilə yeni sazişin yaxın zamanda tamamlanması gözlənilir. Polşa Aİ üzvü olaraq Aİ-Azərbaycan əməkdaşlığına töhfə verir”, - Ceyhun Bayramov vurğulayıb.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib