Azərbaycan NOTA verdikdən sonra Fransa bunları deyir
“Parisdəki Azərbaycan səfirliyini hədəf alan qəbuledilməz insidentlərdən təəssüflənirik”.
APA TV xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyindən bildirilib.
“Fransa hökumətinin səlahiyyətliləri səfirliyin təhlükəsizliyini bərpa etmək və normal fəaliyyət göstərməsi üçün bütün tədbirləri görüb. Belə hadisələrin bir daha təkrarlanmaması üçün ayıq-sayıqdırlar”, - deyə məlumatda deyilir.
Qeyd edək ki, sentyabrın 18-də Azərbaycan Respublikasının Fransadakı səfirliyinin inzibati binasına bir neçə radikal erməni qrup üzvünün zorla daxil olmağa cəhd ediblər. Nəticədə inzibati binaya və ətraf əraziyə maddi ziyan dəyib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu