Azərbaycan Ordusu Hadrut qəsəbəsi ilə yanaşı, 8 kəndi işğaldan azad etdi
Azərbaycan Ordusunun Hadrud qəsəbəsi ilə yanaşı, işğaldan azad etdiyi kəndlərin adı açıqlanıb.
APA TV-nin məlumatına görə, Prezident İlham Əliyev xalqa müraciətində bildirib ki, Hadrut qəsəbəsi ilə yanaşı, Çaylı kəndi, Yuxarı Güzdək kəndi, Gorazili kəndi, Qışlaq kəndi, Qaracallı kəndi, Əfəndilər kəndi, Sur kəndi və Süleymanlı kəndi işğaldan azad edilib.
“Əməliyyat planı tam icra edilir”, - deyə dövlət başçısı vurğulayıb.
DİGƏR XƏBƏRLƏR
“Onların da yanına getməliyəm, qorxurlar” – Bu gün “Xanı”nın ANIM GÜNÜDÜR
“O vaxt 9 yaşım vardı, bu gün 44 yaşımda nəvəmlə gəlmişəm bura”
“Əvvəl uşaqlar hər işi bacarırdı...” – Məktəbdə praktiki dərslər hara getdi?