Azərbaycan Prezidenti: “Bizə qarşı kənardan aqressiya olarsa, onlar o F-16-ları görəcəklər”
“Sual verirlər Türkiyənin F-16-ları nə gəzir sizdə? Mən cavab verməkdən yorulmuşam. Gedin açın, peykiniz var də, görmürsünüz nə gəzir? Gedin baxın da, F-16 neyniyir, havadadır, ya yerdədir?”
APA TV-nin məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün xalqa müraciətində bildirib.
Dövlət başçısı deyib ki, hər kəs bilir ki, təyyarələr yerdədir: “Özü də təlimlər üçün gəlib və müharibə başlayanda qalıbdır. Türkiyəli qardaşlarımız onları bizə mənəvi dəstək vermək üçün saxlayıblar. Bir də ki, əgər bizə qarşı kənardan aqressiya olarsa, onlar o F-16-ları görəcəklər. Yaxşı, cəmi 5-6 təyyarə aeroportda qalıbdır. Bunu hər dəfə sual verirlər”.
DİGƏR XƏBƏRLƏR
“Onların da yanına getməliyəm, qorxurlar” – Bu gün “Xanı”nın ANIM GÜNÜDÜR
“O vaxt 9 yaşım vardı, bu gün 44 yaşımda nəvəmlə gəlmişəm bura”
“Əvvəl uşaqlar hər işi bacarırdı...” – Məktəbdə praktiki dərslər hara getdi?