Azərbaycan Rusiya-Çin birgə layihəsinə qoşuldu – APA TV

# 07:38
10 oktyabr 2023

 

Azərbaycan Beynəlxalq Elmi Ay Stansiyasının tikintisi üzrə Rusiya-Çin birgə layihəsinə qoşulub. Bu barədə Çin Milli Kosmik Administrasiyasının (CNSA) bəyanatında bildirilib. Oktyabrın 2-dən 6-dək Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində (IAC-2023) Çin və Azərbaycanın kosmik agentlikləri layihə üzrə əməkdaşlıq sazişini imzalayıblar. Hər iki tərəf elmi cihazların quraşdırılması, kadr hazırlığının təmin edilməsi və elmi-texnoloji təcrübələrin keçirilməsini əhatə edən proqram üzrə əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər. Bu günə kimi proqrama Azərbaycandan əlavə, Pakistan, BƏƏ, Cənubi Afrika Respublikası, Asiya-Sakit Okean Kosmik Əməkdaşlıq Təşkilatı və İsveçrənin “Nano-SPACE” şirkəti də Beynəlxalq Elmi Stansiyanın tikintisi layihəsinə qoşulub. Qeyd edək ki, Ay stansiyasının əsas modeli 2028-ci ilə qədər tamamlanacaq və Ay səthinin tədqiqi, missiyanın əsas sistem və avadanlıqlarının sınaqdan keçirilməsi üçün istifadə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR