Azərbaycan səfirliyinə hücum edən şəxsin fotosu yayılıb

# 18:26
27 yanvar 2023

Bu gün Azərbaycan səfirliyinə hücum edən terrorçu Yasin Hüseynzadənin fotoları yayılıb. Əldə olunan qeyri-rəsmi məlumatlara görə, Yasin Hüseynzadə İran vətəndaşıdır, onun İranın xüsusi xidmət orqanları, xüsusilə də SEPAH-la əlaqəli olduğuna dair şübhələr var.

Qeyd edək ki, bu gün səhər saatlarında Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.

Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Səfirliyin mühafizəçisinin çevik müdaxiləsi nəticəsində böyük bir itkinin qarşısı alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR