Azərbaycan sərt qapanmalara gedəcəkmi? – ÜST RƏSMİSİ AÇIQLADI

# 20:19
12 oktyabr 2021

“İmmun sistemi aşağı olan insanların koronavirus peyvəndini vurdurması vacibdir. Hansı xəstəliklərə peyvəndin əks göstəriş olduğu ilə bağlı qərar isə Azərbaycan hökumətinə aiddir”.

 

APA TV-nin xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmançı deyib.

 

O bildirib ki, bir çox ölkələrdə bəzi peyvəndlərin 16 yaşa qədər uşaqlara vurulması qəbul olunub: “Bununla bağlı araşdırmalar davam edir. ÜST olaraq faktlara baxırıq. Ən vacib olan hər kəsin Səhiyyə Nazirliyinin tövsiyələrinə əməl etməsidir. Virusu daha yaxından tanıdıqca faktlara dayanan tövsiyələr verə bilirik. Təəssüflər olsun ki, pandemiya davam edir. Yaxşı olan odur ki, daha çox şey bilirik. Yeni layihələr var, amma yeni tövsiyələr yoxdur. Çünki əvvəlki tövsiyələr işə yarayır. Virusu birbaşa müalicə edən dərman tapılarsa, hər halda çox yaxşı olacaq”.

 

ÜST rəsmisi Azərbaycanda yoluxmaların azalması məsələsinə də toxunub: “Bilirik ki, sentyabrdan etibarən yoluxma sayları azaldı. İkinci doza vaksin qəbul edən insanların sayı 40 faizi keçib. Azərbaycan əhalisinə təşəkkür edirəm. Bunlara görə daha rahat şəkildə, sərt qapanmalara getmədən Azərbaycanda yaşaya bilirik”

 

O bildirib ki, ÜST və Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində xüsusilə tibbi işçilərini qoruyan ləvazimatlar ölkəyə gətirilib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR