Azərbaycan sürətli poçt xidmətinə görə qızıl mükafat aldı

# 19:59
12 may 2023

 “Azərpoçt” MMC tərəfindən təsis edilən, sürətli poçt xidmətləri göstərən “Azərekspresspoçt” Rabitə Müəssisəsi 2022-ci ildəki fəaliyyətinin nəticəsinə görə Beynəlxalq EMS (Express Mail Service) Kooperativi tərəfindən “performans” və “müştəriyə qayğı” hər 2 kateqoriya üzrə eyni zamanda 2 qızıl mükafat alıb.

Hər il Ümumdünya Poçt İttifaqının EMS Kooperativi dünyanın bütün ölkələrinin EMS operatorlarının il ərzində göstərdiyi poçt xidmətlərinin keyfiyyət göstəricilərini araşdırır, qiymətləndirir və yekun nəticələrə əsasən təsis etdiyi mükafatları operatorlara təqdim edir.

Qeyd edək ki,  “Performans” mükafatını “Azərekspresspoçt” 2015-ci ildə, “Müştəriyə qayğı” mükafatını isə 2019-cu ildə qazanıb.

EMS Aərbaycan öz fəaliyyətini beynəlxalq standartlara uyğun qurmaq və müştərilərinin məmnuniyyətini təmin etmək üçün cəhdlər göstərir, daima təkmilləşmə proseslərini nəzarətdə saxlayır.

AYNUR QARA

FARİZ QULUYEV

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR