Azərbaycan Ukraynaya 20 milyon dollar məbləğində humanitar yardım göndərib - Vladislav Kanevski
Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən Ukrayna xalqına humanitar yardım məqsədilə ərzaq məhsulları, məişət və tibbi sərfiyyat mallarından ibarət humanitar yardım göndərilib. APA TV-nin xəbərinə görə, yardıma saxlama müddəti uzun olan məhsullar - konservlər, dənli bitkilər, quru yemək payı, eləcə də, uşaq qidaları, dərman vasitələri və geyimlər daxildir. Polşanın Varşava hava limanına təyyarə ilə çatdırılacaq humanitar yük Ukraynanın ölkəmizdəki səfirinin və Sumqayıt Şəhər İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınıb. Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Azərbaycan hökumətinə Ukraynaya humanitar yardım göndərdiyi üçün təşəkkür edib. Ümumi çəkisi 50 ton olan humanitar yardım tərəfdaş şəhərlər xətti ilə Ukraynanın Çerkassı vilayət administrasiyasından Sumqayıt Şəhər İcra Hakimiyyətinə edilmiş rəsmi müraciətə cavab olaraq hazırlanıb və Çerkassı şəhəri əhalisinin ehtiyacları üçün nəzərdə tutulub.
DİGƏR XƏBƏRLƏR
Ağdamda Şeyx Seyyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş konfrans keçirilib
Fərid Şəfiyev Orta Dəhlizlə bağlı vacib məqamları açıqladı
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak etdi