Azərbaycan və Ermənistan gəncləri Fransada niyə görüşürlər?

# 16:35
3 iyun 2022

“Strasburqda sülh prosesində iştirak etmək məqsədilə Azərbaycan və Ermənistan gənclərinin görüşü keçiriləcək”.

 

APA TV xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross deyib. Səfir qeyd edib ki, gənc nəslin nümayəndələri ilə görüş “Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində yeni əməkdaşlıq istiqamətləri” proqramımda baş tutacaq.

 

Sitat: “6-10 iyun tarixlərində Azərbaycan gənclərinin 10 nümayəndəsi Strasburqa səfər edəcək. Onlar orada Fransa, Almaniya və Ermənistanın gənc nəslinin nümayəndələri ilə görüş keçirəcəklər. Əsas məqsəd Azərbaycan və Ermənistan arasında sülh prosesində iştirakdır. Sitatın sonu

 

Səfir onu da bildirib ki, bu təşəbbüs Brüsseldə müzakirə edilib və ötən ilin dekabrında liderlərin görüşündə razılaşdırılıb.

 

Fuad Sadıqov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR