Azərbaycan və Türkiyə hərbi istehkamçıları Ağdamı minalardan təmizləyir
Azad edilmiş Ağdam rayonu ərazisində Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdə olan minadan təmizləmə üzrə heyəti Azərbaycan Mühəndis Qoşunlarının bölmələri ilə birgə mühəndis təminatı üzrə tapşırıqları icra edir.
Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, hər iki ölkənin hərbi istehkamçıları əkin sahələri və əlaqə yollarını mina və partlamamış mərmilərdən təmizləyərək istifadəyə yararlı vəziyyətə gətirir.
Azad edilmiş ərazilərimizdə partlamamış mərmilərin, minaların aşkar olunması və zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri