Azərbaycan və Türkiyə Müdafiə nazirləri arasında telefon danışığı olub
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycanın Müdafiə naziri Zakir Həsənovla telefonla danışıb.
APA TV-nin xəbərinə görə, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi məlumat yayıb.
H. Akar bildirib ki, Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzinin yaradılmasına dair işlər tamamlanıb. Türk və rus əsgərlərin fəaliyyət göstərəcəyi Mərkəz sabah fəaliyyətə başlayacaq: “Bir general və 38 personalımızın çalışacağı Mərkəzin atəşkəsin davamlılığına, sülhə və sabitliyə töhfə verəcəyinə inanırıq”.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Əfv olunanlar arasında Martin Ryan da var
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU