Azərbaycan XİN-dən İrana səfər etmək istəyənlərə xəbərdarlıq
Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İrandakı Səfirliyinə qarşı silahlı terror hücumu olub. Terror aktı nəticəsində səfirliyin mühafizə xidmətinin rəhbəri Əsgərov Orxan Rizvan oğlu şəhid olub və iki nəfər yaralanıb.
İran İslam Respublikasındakı qeyri-sabit vəziyyət və ölkəmizin diplomatik nümayəndəliyinə qarşı törədilmiş terror aktı nəzərə alınmaqla, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə İran İslam Respublikasına səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur.
Hal-hazırda İran İslam Respublikasında olan Azərbaycan Respublikası vətəndaşlarına mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri tövsiyə olunur.
İran İslam Respublikasındakı vətəndaşlarımızın konsulluq və digər müraciətləri üçün Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:
ÜNVAN: Təbriz, Vəliəsr, Arif küçəsi 9
TEL: (+98413) 333 48 03
FAKS: (+98413) 331 53 80
E-MAIL: [email protected]
WEBSITE: tabriz.mfa.gov.az
DİGƏR XƏBƏRLƏR
![Kiməsə əsəbləşdi və öz bacısını öldürdü](https://apa.az/storage/apa-tv/news/2024/june/25/big/667abb1868951667abb18689521719319320667abb186894f667abb1868950.jpg)
Kiməsə əsəbləşdi və öz bacısını öldürdü
![“Lent.az yarandığı gündən doğru xəbərin ünvanı olub”](https://apa.az/storage/apa-tv/news/2024/june/25/big/667abac517cba667abac517cbb1719319237667abac517cb8667abac517cb9.jpg)
“Lent.az yarandığı gündən doğru xəbərin ünvanı olub”
![Şabranda gecə saatlarında evə basqın oldu: Ev sahibi yaralandı, həyat yoldaşı öldü – APA TV](https://apa.az/storage/apa-tv/news/2024/june/24/big/667981728706d667981728706e1719239026667981728706b667981728706c.jpg)
Şabranda gecə saatlarında evə basqın oldu: Ev sahibi yaralandı, həyat yoldaşı öldü – APA TV
![Polislərin öldürüldüyü evdən dəhşətli görüntülər](https://apa.az/storage/apa-tv/news/2024/june/24/big/66794ba2424aa66794ba2424ab171922525066794ba2424a866794ba2424a9.jpg)