Azərbaycana gələnlərə ŞAD XƏBƏR: Ləğv olundu

# 14:30
14 aprel 2022

Azərbaycana giriş üçün COVID-19-a dair PCR testinin təqdim etmək tələbi ləğv olunub.

 

APA TV xəbər verir ki, bu barədə Nazirlər Kabineti müvafiq qərar verib.

 

Qərara əsasən, sabahdan etibarən Azərbaycan Respublikasına giriş üçün COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etmək tələbi ləğv edilir.

 

Həmçinin ölkədaxili uçuşlar zamanı PCR test tələb edilməyəcək.

 

Bundan başqa, Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun İran İslam Respublikasının ərazisindən keçməklə avtobus marşrutu ilə hərəkət edən sərnişinlərdən də COVID-19-a dair PCR test tələb edilməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR