Azərbaycana qarşı təxribat hazırlayan agent İndoneziyada tutuldu
Tanzaniya hakimiyyəti tərəfindən İsrailin xarici kəşfiyyat xidməti MOSSAD-ın xəbəri əsasında həbs edilən və “Həmid Salari” kimi tanınan iranlı kəşfiyyat zabiti Həmidrza Məhəmməd Əbrahanın dindirilməsi videosu yayılıb.
Məhəmməd Əbraha bildirib ki, onun vəzifəsi müxtəlif ölkə vətəndaşlarını casusluğa cəlb etmək, İsrail, Amerika, Səudiyyə və Azərbaycan hədəflərinə qarşı təxribat xarakterli aksiyalar təşkil etmək olub.
Məhəmməd Əbraha 15 il İran kəşfiyyatında xidmət edib, Əfqanıstan və Pakistanda çalışıb. 2019-cu ildə o Tanzaniyaya göndərilib. Tanzaniyada neft və neft məhsulları satışı ilə məşğul olub. Əbraha dindirmə zamanı İranın kəşfiyyat nazirliyinin – ETTELAAT-ın strukturu və sxemləri, agent kimi cəlb etdiyi şəxslər haqqında məlumat verib.
O, Tanzaniyadan İrana ekstradisiya edilib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi