Azərbaycana təhdid haradan gəlir-gəlsin, tək Ordu, tək güc və tək yumruq olarıq - Hulusi Akar
Azərbaycana qarşı təhdid haradan gəlir-gəlsin, tək ordu, tək güc və tək yumruq olarıq.
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.
Hulusi Akar Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasını səmimi şəkildə arzuladıqlarını vurğulayıb.
"Hardan və kimdən gəlməsindən asılı olmayaraq, Türkiyə və Azərbaycana qarşı təhlükə və ya təxribatın hər iki ölkəyə qarşı olduğunu qəbul edirik. Dostumuzu birlikdə dost görür, düşmənimizi də düşmən bilirik. Buna kimsənin şübhəsi olmasın", - deyə Türkiyə milli müdafiə naziri bildirib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu