Azərbaycanda AİLƏ FACİƏSİ: ər arvadını GÜLLƏLƏDİ
Bərdədə qətl olub.
Rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, Hacallı kənd sakini 27 yaşlı Xasa Orucovanın yaşadığı evdə öldürülməsi barədə məlumat daxil olub.
İlkin araşdırmalarla zərərçəkmişin əri 26 yaşlı Təbriz Orucovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Xasa Orucovaya ov tüfəngindən atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb. Təbriz Orucov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?