Azərbaycanda ana qızını oğurlayıb pul tələb etdi
Bakıda yeniyetmə qızın anası tərəfindən nənəsinin evindən oğurlanması ilə bağlı araşdırma başlanıb.
APA TV xəbər verir ki, bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib. O, hadisə haqqında məlumatlı olduqlarını, srtıq araşdırmalara başlanıldığını qeyd edib.
Xatırladaq ki, sosial şəbəkələrdə Şirvan rayon sakini Tamella Musatafayeva qızının narkotik aludəçisi olduğunu iddia edib. O, 14 yaşlı nəvəsinin qızı və onun tanışı tərəfindən evindən oğurlandığını bildirib. Onun iddiasına görə, həmin şəxslər yeniyetmənin ona qaytarması müqabilində 5 min manat pul istəyiblər.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu