Azərbaycanda ata övladını bilmədən belə öldürdü
Lənkəranda azyaşlı Nemət Quluzadənin ölümü ilə bağlı təfərrüatlar məlum olub.
APA TV Lent.az-a istinadən xəbər verir ki, rayonun Horavenc kənd sakini Zöhrab Quluzadə oğlu 9 yaşlı Nemət Quluzadəni həmin kənddə özünün “ZİL” markalı avtomobilinin qabaq buferində əyləşdirib. Daha sonra onu idarə etməyə başlayıb. Bu zaman uşaq müvazinətini itirərək yerə yıxılıb və yük maşınının sağ təkəri altında qalıb.
Onu dərhal rayon mərkəzi xəstəxanasına çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Yeri gəlmişkən qeyd edək ki, dünyasını dəyişən Nemət Quluzadənin yaxınları xəstəxanada xidmət personalla mübahisə yaradıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, iki nəfərə xəsarət yetirilib. Hazırda faktla bağlı Lənkəran rayon Polis Şöbəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?