Azərbaycanda ata qızını dirəyə bağlayıb işgəncə verdi
Mingəçevirdə qızına işgəncə verən ata həbs edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, mayın 10-u saat 12 radələrində Mingəçevir şəhərində yaşayan 2003-cü il təvəllüdlü şərti adı A. olan qızın atası tərəfindən qanunsuz azadlıqdan məhrum edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1978-ci il təvəllüdlü şərti adı N. Olan atanın psixi xəstəlikdən əziyyət çəkən, kənar şəxslərin qulluğuna ehtiyacı olan qızını fiziki zor tətbiq edib döyməklə yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən dəmir dirəyə bağlamasına, həmçinin evin zirzəmisində saxlayıb aclığa məruz qoyub əzab verməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.6 (işgəncə verməklə əzab vermə) və 145.2.5-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə cinayət işi başlanıb.
Ata şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam edir.
DİGƏR XƏBƏRLƏR
![Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV](https://apa.az/storage/apa-tv/news/2024/july/02/big/6684412821d6e6684412821d6f17199434646684412821d6b6684412821d6c.jpg)
Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV
![Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/6682be55512976682be555129817198444376682be55512956682be5551296.jpg)
Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu
![Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823df42a73f66823df42a740171981157266823df42a73d66823df42a73e.jpg)
Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi
![Gəncədə ağır yol qəzası baş verib](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823dae71e8766823dae71e88171981150266823dae71e8566823dae71e86.jpg)