Azərbaycanda aylıq 500, illik 6 min ton partlayıcı maddənin istehsalı planlaşdırılır

# 18:21
17 fevral 2023

"AzərBlast" MMC tərəfindən Gəncədə mülki partlayıcı maddələr zavodunun inşaası həyata keçirilir. Müəssisənin fəaliyyəti ən qabaqcıl texnologiya və avadanlıqlardan istifadə edilməklə təşkil olunacaq. Layihə üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən təsdiq olunmuş Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinə əsasən, istehsalatın yüksək ekoloji norma və standartlara uyğunluğu təmin ediləcək.

Bunu jurnalistlərə "AzərBlast" MMC-nin icraçı direktoru Rizvan Baxşıyev deyib.

Onun sözlərinə görə, ümumi sahəsi 5,665 kvadratmetr olan istehsal müəssisəsi 15 hektar ərazidə inşa edilməkdədir. İllik istehsal gücü 31,000 ton həcmində qiymətləndirilən zavodun inşasının cari ilin sonunadək tamamlanaraq istifadəyə verilməsi nəzərdə tutulub.

 

İcraçı direktor onu da əlavə etdi ki, araşdırmalara əsasən, təkcə 2024- cü ildə sözügedən bölgələrimiz üçün 10-15 min ton həcmində illik tələbat həcmi proqnozlaşdırılır.

Qeyd edək ki, "AzərBlast" MMC dövlət-özəl sektor tərəfdaşlığı modeli əsasında təsis edilib. 9 mart 2021-ci il tarixində dövlət qeydiyyatına alınan şirkət "AzərGold" QSC-nin sənaye əhəmiyyətli partlayıcı maddələrin istehsalı üzrə ixtisaslaşmış törəmə cəmiyyətidir. "AzərBlast"ın ümumi paylarının 51 faizi "AzərGold" QSC-ya, 49 faizi "DM Servis" MMC-yə məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR