Azərbaycanda bayram namazının vaxtı açıqlanıb

# 10:57
26 aprel 2022

Azərbaycanda Ramazan bayramı namazının vaxtı açıqlanıb.

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev APA-ya açıqlamasında bildirib ki, bayram namazı Göy məscid və Əjdərbəy məscidində mayın 2-si saat 09:00-da, Təzə Pir məscidində isə saat 10:00-da qılınacaq.

 

"Digər məscidlər də namazlarını saat 09:00 və ya 10:00-da təşkil etməkdə azaddırlar", - deyə o qeyd edib.

 

Bu il Ramazan bayramı namazı isə ənənəvi qaydada qılınacaq. Bunun üçün icazə verilib.

 

Xatırladaq ki, Azərbaycanda Ramazan bayramı 2-3 may tarixlərində qeyd ediləcək.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR