Azərbaycanda beşəm doğuldu - İLK DƏFƏ

# 15:38
14 iyun 2021

Azərbaycanda ilk dəfə beşəm uşaqlar dünyaya gəlib.

APA TV-nin xəbərinə görə, 29 yaşlı Lamiyə Mürşüdlünün dünyaya gətirdiyi körpələrdən dördü oğlan, biri qızdır.

Uşaqların anası Lamiyə Mürşüdlü özünü yaxşı hiss etdiyini deyir: “Hazırda özüm də yaxşıyam, uşaqlar da. Ağrım, şikayətim yoxdur. Qeysəriyyə əməliyyatı ilə dünyaya gəliblər. Həkimlərimizə minnətdaram. Adət-ənənəmizə uyğun olaraq uşaqların adını nənə-babalarımız qoyacaq”.

Bakı Sağlamlıq Mərkəzindən bildirilib ki, dünyaya göz açan oğlanlardan ikisinin çəkisi 1100 qr, biri 1000 qr, o biri 845 qr, qız isə 1200 qr olub.

Beşəm hamiləliyin 29-cu həftəsində həkim ginekoloqlar Öndər Tulumbacı və Emin Haqverdiyevin nəzarəti altında dünyaya gəlib: “Çox xoşbəxtik ki, ailə sağlam olaraq övladlarını qucağına alıblar. Bu, tək mənim əməyim deyil, bütünlükdə komandamızın əməyidir. Peşəkarcasına hamiləliyi yönləndirdik. Lamiyə xanım da deyilən təlimatlara uyğun olaraq sağlamlığını qorudu. Şükürlər olsun, hər şey qaydasındadır”.

 

Qədəmləriniz uğurlu olsun!

 

Sevinc Vaqifqızı,

Xəqani Hüseynov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR