Azərbaycanda bu heyvanları ilk dəfə görəcəksiniz - GÖRƏNLƏR HEYRAN QALIR

# 18:38
5 iyul 2022

 

Bu gün hər kəs – balacadan tutmuş böyüyə qədər müxtəlif quş növlərini, ceyranları və digər heyvanları izləmək üçün Ağgöl Milli Parkına gəlmişdi. Çünki Milli Parkda “Açıq qapı” günü idi. Hamıdan fərqli olaraq biz, gün doğuşunu Milli Park ərazisində seyr etmək üçün səhər tezdən artıq adıçəkilən ünvanda idik. Azərbaycanın ən məşhur çöl-göl ekosistemi olan Ağgöl Milli Parkında adları Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahı"sına və Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilmiş köçəri və yerli quşlarla yanaşı, digər heyvanlar da məskunlaşıb. Bura gələnlər müxtəlif quş növləri ilə yanaşı, əsasən ceyranları görmək, onları izləmək üçün gəlirlər. Elə biz də ceyranları görmək istəyirik. Bunun üçün kilometrlərlə yol qət etməyimizə də dəyir. Çünki geri əliboş qayıtmırıq. Milli parkın direktoru Xəzər Məhəmmədov deyir ki, parka gələn ziyarətçilərin sayı günü-gündən artır. Ziyarətçilər parkın ərazində fəaliyyət göstərən muzeydəki şəkillərdə və ya maketlərdə gördüyü bütün canlıları bu vəhşi təbiətdə öz gözləri ilə görmək imkanı qazanır. Dəniz səviyyəsindən aşağıda yerləşən Milli Park ərazisindəki göllər əsasən, Kür və Araz çaylarının mütəmadi daşqınları nəticəsində yaranıb. Belə ki, zaman-zaman bu çayların mütəmadi və güclü mövsümi daşqınları ətrafdakı böyük çalaları dolduraraq orta dərinlikli, sahəsi o qədər də böyük olmayan göllərə çevrilib. Qeyd edək ki, Azərbaycanda ümumilikdə 10 milli park var. Bunlar Abşeron, Altıağac, Şahdağ, Samur-Yalama, Şirvan, Hirkan, Milli Parkı, Ağgöl, Göygöl, Qızılağac və Zəngəzur Milli Parklarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR