Azərbaycanda bu kəndin bütün sakinləri köçmək istəyirlər - APA TV

# 16:51
19 sentyabr 2022

APA Tv olaraq Sabirabad rayonunun Hacıbəbir kənd sakinlərinin müraciətinin izi ilə bu kəndə baş çəkdik.

Sakinlər mikrofonumuzu görən kimi problemlərini saymağa başladılar. Camaat deyir ki, ən böyük çətinlikləri yolla bağlıdır. Onların sözlərinə görə, 2014-cü ildə kəndə çəkilən asfaltı suvarma kanalı çəkən şirkətin yük avtomobilləri bərbad vəziyyətə qoyub. Hər 20-30 metrdən bir yol dağılıb.

 

Camaat deyir ki, yol bir yana, kəndin yerli-dibli qaz xətti yoxdur.  Onların sözlərinə görə,  qış gələn kimi kənd sakinləri oduna 500-700 manat arasında pul xərcləməli olurlar.

 

Kənddəki suvarma kanallarında  nə yayın cırhacırında, nə də payızın sərinində bir damcı su tapılmır. Sakinlər deyir ki, sahələri suvarmaq üçün nasoslarla şor su kanallarından su götürürük. Bu da nasosların icarə xərci, yanacaq xərcləri kimi əlavə problemlərə səbəb olur.

 

Camaat deyir ki, indi özünüz deyin: “bu kənddə adam qalarmı?”

 

Üz tutduq aidiyyəti qurumlara.  Yol problemi ilə bağlı AAYDA – nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirdi ki, maliyyə vəsaiti ayrılan kimi sözü gedən yolda əsaslı təmir aparılacaq.

 

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev də bildirdi ki, Hacıbəbirdən əvvəl növbədə olan kəndlər var. Sözügedən kənd növbəti mərhələdə qazlaşdırılacaq.

 

Suvarma suyundan gileylənən kənd sakinlərinin şikayətinə münasibət bildirən  Sabirabad suvarma sistemləri idarəsinin  baş mühəndisi Vidadi Babayev məsələ ilə baağlı APA TV-yə bunları bildirdi:

 

“Hazırda suvarma mövsümü bitdiyindən suvarma suyuna tələbat azalıb. Su israfçılığına yol verməmək üçün kəndlərə və o cümlədən Hacıbəbir kəndinə kanallar vasitəsi ilə su tam həcmdə verilmir. Amma buna baxmayaraq Kür çayı üzərində hazırda 9 nasos stansiyası çalışır və Sabir kanalı vasitəsi ilə 30 km aralıda yerləşən Hacıbəbir kəndinə suvarma suyu və içməli su vaxtında çatdırılır. 

 

 

Əlibəy Zeynallı

Elçin Həsənov

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR