Azərbaycanda daha 4 nəfərdə koronavirus aşkarlandı
Nazirlər Kabinetinin yanında operativ qərargahı məlumat yayıb.
Qərargahdan APA TV-yə verilən məlumata görə, İran İslam Respublikası və İtaliyadan qayıdan dörd nəfər Azərbaycan vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib, hazırda onların səhhəti normaldır, müalicələri ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
Bundan əvvəl xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş 1938-ci il təvəllüdlü Azərbaycan vətəndaşının səhhəti stabil ağır olaraq qalır. Xəstə ciddi nəzarət altında saxlanılır və müalicəsi ilə bağlı zəruri tədbirlər görülür.
Koronavirus infeksiyası aşkarlanmış digər şəxslərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.
DİGƏR XƏBƏRLƏR
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi