Azərbaycanda dərman isçənlər niyə zəhərlənirlər?

# 16:29
1 avqust 2022

İyul ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 880 nəfər müraciət edib. Müraciət edənlər arasında dərmandan zəhərlənmə faktı daha çox gözə çarpır.

APA TV xəbər verir ki, Mərkəzin yaydığı məlumata görə, onlardan 158-i Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.


Qəbul olan xəstələrdən 100-ü dərmandan, 22-si sirkə turşusundan, 4-ü qida zəhərlənməsindən, 7-si etil spirtindən zəhərlənib. Həkimlərin səylərinə baxmayaraq, 5 nəfər dərman zəhərlənməsindən, 1 nəfər sirkə turşusundan, 1 nəfər isə alkoqollu içkidən dünyasını dəyişib.

Bəs görəsən dərmandan zəhərlənmə hallarının bu qədər artmasına səbəb nədir? İntiharlara cəhd, yoxsa resept olamadan qəbul edilən dərmanlar?

Nəzərə alsaq ki, bu statistika təkcə bir klinikaya aiddir, o zaman ölkə üzrə dərmandan zəhərlənmələrin nə qədər çox olduğunu təsəvvür etmək elə də çətin deyil.

Mövzu ilə əlaqədar Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov bildirdi ki, zəhərlənmənin əsas səbəbi dərman dozasının həddən artıq yüksək qəbul edilməsidir.

Azər Maqsudovun sözlərinə görə, dərmandan intihar etmək məqsədilə istifadə nadir hallarda görünür. Lakin sirkə turşusu çox zaman özünə qəsd məqsədilə içilir.

Əczaçı Vüsal Cavadov deyir ki, dərmandan zəhərlənmə hadisəsinin digər ən böyük səbəbi məhsulun uyğun tempuraturda saxlanılmamasıdır.

Bəli, statistikada da onu göstərir ki, dərdimizə dəva olacaq dərmanlar bizi həyatımızdan da edə bilər. Buna görə də mütəxəssislər insanları dərman vasitələrindən istifadə zamanı son dərəcə diqqətli olmağa səsləyirlər.

Semral Cavad
APA TV

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR