Azərbaycanda hərbi vəziyyət ləğv olunur
Azərbaycanda hərbi vəziyyət ləğv olunur.
Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA TV-yə verilən məlumata görə, parlamentin dekabrın 11-də keçiriləcək növbəti iclasında Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 12-də saat 00.00-dan Hərbi vəziyyətin ləğv olunması haqqında Fərmanının təsdiq edilməsi barədə Milli Məclisin Qərarına baxılacaq.
Qeyd edək ki, sentyabrın 28-dən Azərbaycan ərazisində hərbi vəziyyət elan olunub.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Əfv olunanlar arasında Martin Ryan da var
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU