Azərbaycanda mərc oyunlarına kimlər nə qədər pul xərcləyir? 

# 11:16
24 dekabr 2021

“Hər il Azərbaycandan çıxan milyonlarla vəsait xarici kazino oyunlarında uduzulur. Ölkədə kazino fəaliyyəti qadağan edilsə də, bu sahə ilə məşğul olanlar onlayn yolla da bu oyunlarda iştirak edir”.

 

APA TV-nin sualarını cavablandıran deputat Qüdrət Həsənquliyev bildirib ki, vətəndaşın pulu hesabına milyonlarla manat qazanan şirkətlər isə bir qəpik də dövlətə vergi ödəmir. Millət vəkili kazinolarla bağlı təklifini də səsləndirib.

 

Onun sözlərinə görə, azərbaycanlılar təkcə internet üzərindən xarici lotereya təşkilatçılarına hər il təqribi hesablamalara görə, 700 milyon manat uduzur. Buna görə də, xarici şirkətlər mərc oyunlarını azərbaycanda təşkil edib, ofislərini burda açmalıdırlar: “İndi halda həmin xarici şirkətlər bizə vergi ödəmir. Amma 700 milyon manat xərtlənir ki, bu da kifayət qədər böyük bir vəsaitdir. Azərbaycanda da artıq bu istiqamətdə addımlar atılır. Qanunvericiliyə edilən dəyişiliklərin ısas məqsədlərindən biri budur ki, vətəndaşlarımızın daxildə təşkil olunan lotoreya oyunlarına inamı artsın. Biznes subyektləri maddi gəlir əldə edib, dövlətə vergi ödəsin”.

 

Millət vəkilinin sözlərinə görə, lotereya oyunlarının təşkilində də ciddi problem var. Qüdrət Həsənquliyev bildirib ki, inamın itməsi lotereya həvəskarlarının da başqa ölkələrə üz tutmasına səbəb olub: “Elə ona görə də indi türk şirkətinə həvalə olunub. Sistemi qurub, dövlətin vergisini də ödəyəcəklər. Burda əsas məqam vətəndaşın inamını qazanmaqdır. Bunu qadağan eləməkdənsə, etimad yaradıb, qanuniləşdirmək lazımdır”.

 

Birdən-birə varlanmaq həvəsi insanda həmişə olub və bu baxımdan lotoreya bileti hər bir kəs üçün “sim-sim” sirrinə bənzəyir.

 

Havanın soyuq olmasına baxmayaraq bəxtini sınamaq istəəyənlər var. Yəni söhbət lotoreyadan gedir. Razılar da var, narazılar da, mən də bəxtimi sınamaq qərarına gəldim. Amma olmadı, deməli yenidən sınamalıyam.

 

Dünya ölkələrində keçirlən lotoreya oyunlarında ağlasığmaz məbləğlər udulur. Bizdə uduş məbləği böyük rəqəmlərlə ölçülməsə də, hər halda lotoreya həvəskarları az deyil. Əslində lotoreyaya bağlılıq asılılıqdan çox inadkarlıq təcəssümüdür. Bu insanların inadkarlığını öyrənmək üçün paytaxtdakı bir sıra lotoreya satış mərkəzinə baş çəkdik.

 

Lotoreyaya həvəs göstərənlərdən indiyədək hansı uduşu əldə etdiklərin soruşuruq. 18 ildir lotereya oynayan paytaxt sakini deyir ki, ən çox udduğum məbləğ 200 manatdır. Amma o, bir gün bəxtin üzünə güləcəyinə inanır.

 

Həqiqətən də milyonda bir ehtimala baxmayaraq insanlar bu işdə uğur qazanacaqlarına böyük ümid edirlərmiş.

 

Azərbaycanda lotoreya oyunları 90-cı illərin ortalarından vüsət götürüb. 2001-ci ildə prezidentin müvafiq fərmanından sonra lotoreya bazarında dövlət söz yiyəsi olub.

 

Yəni hazırda  ölkəmizdə kecirilən lotoreya oyunları “Azərbaycan Respublikasında lotoreya fəaliyyətinin təkmilləşdirilməsi haqqında ”qanunla nizamlanır.

 

Bütün növ  lotoreya oyunları isə “Azərlotoreya ” ASC məxsusdur.  Müasir ölkələrlə müqayisədə biz də loteraya şəffaflıq məsələsinə münasibət həmişə fərqli olub, elə indi də fərqlidir.

 

Məsələn, bu gün Avropada uduş fondu 100 milyon avro ilə ölçülən lotoreyalar oynanılır. Bunlardan "EuroMillions", İtaliyanın "SuperEnalotto", İspaniyanın "El Gordo", "La Primitiva", Böyük Britaniyanın milli Lotereyası "U.K. National Lottery", Almaniyanın "Germany Lotto 6?49", Fransanın "France Loto"nu misal çəkə bilərik.

 

Davamlı lotereya alanlar deyirlər ki, Azərbaycanda yüksək məbləğli lotereyalar ya oynanılmır, ya da sadəcə səhnələşdirlir. Lotoreya oyunlarının təşkili ilə bağlı açıq qalan suallarımıza cavab tapmaq arzumuz ürəyimizdə qalır. Telefonlarımıza cavab versələr də, suallarımıza cavab vermirlər.

 

Təbii ki, uğur çox sürüşkən şeydir, hər kəsə onun quyruğundan tutmaq qismət olmur.

Xüsusən söhbət böyük miqyaslı uğurdan gedirsə, iş daha da çətinləşir. Amma uğura gedən yolda aydınlıq varsa, açıq qalan suallar da cavablandırlmalıdır.

 

Sevinc Vaqifqızı,

Ceyhun Mustafayev,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR