Azərbaycanda tanınmış KİV-lərin yutub kanalları necə oğurlanır?
Azərbaycan Mətbuat Şurasının (MŞ) və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) birgə təşəbbüsü ilə “Kütləvi informasiya vasitələrinin kibertəhlükəsizlik problemləri” mövzusunda dəyirmi masa keçirilib.
Toplantını giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid tədbirin keçirilməsində məqsədin medianın kibertəhlükəsizlik məsələlərinə diqqət çəkməkdən ibarət olduğunu bildirib.
“Müsavat TV”nin və “Səs TV”nin sosial platforma hesablarına hücumların olduğunu xatırladan Rəşad Məcid qeyd edib ki, bu hadisələr problemə yanaşmada yeni metodların tətbiqini aktuallaşdırır. O bildirib ki, rəqəmsallaşmanın tətbiqi genişləndikcə, müvafiq olaraq, kibertəhdidlərin sayı da artır. O, belə təhdidlərdən qorunmaq üçün ilk növbədə maarifləndirmə işlərinin aparılmasını zəruri sayıb. Bildirib ki, kiberdələduzların öz məqsədlərinə nail olmaları 60 faiz insan faktoru ilə əlaqəlidir. Kiber məkandan istifadə edən şəxslər təhlükəsizlik qaydalarına düzgün əməl etsələr, xoşagəlməz vəziyyətdən yayınmaq da mümkün olar.
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) sədri Elvin Abbasov qeyd edib ki, media qurumları tərəfindən kibertəhlükəsizliyin təmin olunmasına xüsusi diqqət yetirilməli və bu prosesə peşəkar kadrlar cəlb edilməlidir.
Sonda Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Samir Rəsulov toplantıda səsləndirilən suallara aydınlıq gətirib.
DİGƏR XƏBƏRLƏR
Diplomatlar Xankəndiyə səfər etdi- şəhərdə görülən işlərlə tanış oldular
Diplomatik korpus Qarabağ və Şərqi Zəngəzura səfər edib
Prezident kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib