Azərbaycanda təhlükəli böcək peyda oldu

# 13:07
19 aprel 2023

Abşeronda əvvəllər ölkə ərazisində heç vaxt qeydə alınmayan, çox böyük ehtimalla əkin materialı ilə gətirilən və finik palmalarına ciddi ziyan verən qırmızı palma böcəyi peyda olub. Bu barədə APA-ya Dendrologiya İnstitutunun Bitki mühafizəsi laboratoriyasının müdiri Şaməddin Qəhrəmanov məlumat verib. O bildirib ki, yarımadada, qırmızı palma böcəyi çoxalaraq sürətlə yayılma imkanına malikdir. Belə ki, zərərverici aşkar olunduğu yerdən uçaraq digər ərazilərə keçir, su, külək, əkin materialı, kənd təsərrüfatı maşın alətləri və s. vasitəsi ilə yayılır. Ona görə də bu təhlükəli karantin zərərvericinin respublika ərazisində yayılmasının qarşısını almaq üçün mənbələri vaxtında aşkarlanaraq məhv edilməsi üçün mübarizə tədbirləri həyata keçirilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR