Azərbaycanda “uçuq bina” adı ilə tanınan yaşayış binası

# 17:54
1 iyun 2022

Sumqayıt şəhəri Xəzər bağlarında "Uçuq bina" adı ilə tanınan yataqxananın sakinləri bu binada yaşamaqdan zara gəldiklərini deyirlər.

APA TV-nin yerli bürosunun xəbərinə görə, bina 60 ildir ki, tikilib. Binada həm yerli sakinlər, həm də məcburi köçkünlər yaşayır. Sakinlər deyir ki, binanın problemləri hər kəsi bir cür bezdirir. Kimi çoxsaylı ailə üzvləri ilə birlikdə bir otaqda yaşamağın mümkünsüzlüyündən, kimi ümumi tualet-hamamdan istifadədən, kimi isə binadakı kif və üfunət iyindən şikayətlənir.

Sakinlər deyir ki, binanın ayağını düzəldirik, başı gedir. Kanalizasiya daşıb gedir, zirzəmi suyun içində, yağış yağan kimi evlər damır. Sakinlər deyir ki, Allah-Allahla yatıb dururuq ki, şükür bu gün də bina uçmadı.

Çəkiliş qrupumuzun orada olduğunu eşidib əraziyə Qubadlı rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi İlham Şükürov gəldi.  Rəislə sakinlər arasında mübahisə yarandı. Şükürov suallarımızı cavablandırmaq əvəzinə kiməsə zəng edib ərazini tərk etdi.

Sakinlər isə böyük bir ümidlə bu gedişin xoş sədalı dönüşünü gözləyir.

 

RAMİL ZEYNALLI, ƏLİ ƏLİYEV, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR