Azərbaycanda uşaqları peyvənd vurdurmağa niyə qorxurlar? - APA TV
Peyvəndlər uşaqları həyati təhlükə yaradan xəstəliklərdən qorumaq üçün ən təhlükəsiz üsul sayılsa da, bəzi valideynlər bundan imtina edirlər. Onların bir qismi ölkəyə gətirilən vaksinlərin keyfiyyətinin aşağı olduğunu, bəziləri isə uşaqların peyvəndlərə allergik reaksiya verdiyini əsas gətirirlər.
Pediatr peyvənddən sonra əmələ gələn ağrı, yüngül qızdırma, temperaturun yüksəlməsi hallarının normal olduğunu deyir. Bu cür narahatlıqlar əsasən 3-5 gün ərzində keçir. Ancaq valideynlər ciddi narahatlıq hiss etdikdə dərhal həkimə müraciət etmələri tövsiyə olunur.
Təəssüf ki, peyvənd haqqında yanlış məlumatların artması səbəbindən hər il dünyada təxminən 25 milyon uşaq bu peyvəndlərdən məhrum olur. Nəticədə uşaqlar həyati təhlükə yarada biləcək xəstəliklərdən qoruna bilmir. Mütəxəssislər deyir ki, uşaq xəstədirsə, bu zaman tam sağaldıqdan sonra peyvənd olunmaları tövsiyə olunur.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi