Azərbaycanda vəkil külli miqdarda mənimsəmədə təqsirləndirilir
Azərbaycanda vəkil barəsində cinayət işi başlanıb.
APA TV xəbər verir ki, 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Əliyeva Sümbülə Məhəmmədəli qızı külli miqdarda mənimsəmədə təqsirləndirilir.
Belə ki, S. Əliyeva hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial siğortaları və pensiya fonduna ödənməli olan məbləği dövlət büdcəsinə ödəməyərək mənimsəyib.
Zərərin 100 min manatdan çox olduğu bildirilir.
S. Əliyevaya Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham verilib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu