Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il 1 yanvar saat 06:00-dək uzadılıb.
APA TV-nin xəbərinə görə, bu barədə Nazirlər Kabineti müvafiq qərar qəbul edib.
Qeyd edək ki, bundan əvvəl bu müddət 2022-ci il 1 noyabr saat 06:00-dək olan dövrü əhatə edib.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək