Azərbaycanda zəlzələ qeydə alındı – RƏSMİ – APA TV
Kürdəmir rayonunda 5,2 maqnitudalı zəlzələ olub. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib. Məlumata görə, təbiət hadisəsi yerli vaxtla saat 20:38-də qeydə alınıb. Zəlzələnin episentri 52 km dərinlikdə olub. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ Kürdəmir stansiyandan 14 km cənubda Kürdəmir ərazisində qeydə alınıb. Yeraltı təkanlar Saatlı, Beyləqan, Mingəçevir,Yardımlı, Qəbələ rayonlarında hiss olunub.
DİGƏR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”