Azərbaycandagörünməmiş kartofdələduzluğu:912 min manat...

# 14:28
11 noyabr 2022

Azərbaycanda bir neçə şəxsin külli miqdarda pulunu dələduzluq yolu ilə mənimsəyiblər.

 

Daxili İşlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, cari ilin may-sentyabr aylarında bir nəfər xaricdən kartof gətirəcəyi adı ilə sakinləri aldadıb. Belə ki, həmin şəxsin Cəlilabad rayon sakini olan bir nəfərdən 265.000 manat, Gədəbəy rayon sakini olan bir nəfərdən isə 647.000 manat pul alması barədə Baş İstintaq və Təhqiqat İdarəsinə müraciət daxil olub.

 

Faktla bağlı cinayət işi başlanılıb.

 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini Ceyhun Zeynalov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR