Azərbaycandan Türkiyəyə modul tipli evlər göndərildi
Cəlilabad, İmişli, Ağstafa, Abşeron, Goranboy, Tərtər, Zaqatala, Şirvan və digər rayonların icra hakimiyyətlərinin yardımları Türkiyəyə yola salınıb. Yardıma 22 ədəd modul tipli ev daxildir. Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı bildirib ki, Azərbaycandan göndərilən modul tipli evlər Kahramanmaraşda toplanacaq.
Modul tipli evlərin hər birində 10 nəfər yaşaya bilər. Hər ev 3 metr enində, 7 metr uzunluğundadır.
Qeyd edək ki, indiyə kimi Türkiyəyə rayon və şəhərlərimizdən 26 modul tipli ev göndərilib. Həftənin sonunadək də yerli icra hakimiyyəti orqanları tərəfindən əlavə 43 ədəd müasir modul tipli evin təbii fəlakət bölgələrinə göndərilməsi nəzərdə tutulur.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu