Azərbaycanın bu şəhərinin havası da, suyu da dərmandır

# 10:00
4 fevral 2023

Şuşa havasının tərkibi, təmizliyi, saflığı və müalicəvi əhəmiyyəti baxımından əvəzolunmaz kurort şəhəridir.

 

Şuşanın həyatı 1964-cü ildə Bakıda kurortoloq və fizioterapevtlərin ümumittifaq qurultayından sonra dəyişib. Qurultayda xarici ölkələrin və Sovet İttifaqının görkəmli alimləri iştirak edirdi. Qurultay işini başa çatdırandan sonra iştirakçılar üçün Şuşaya ekskursiya təşkil olunur. Xarici və yerli alimlər havanın tərkibinin xüsusi analizini keçirirlər. Aydın olur ki, Şuşanın havası öz müalicəvi xüsusiyyətlərinə görə dünyaca məşhur olan Davos və Kislovodsk kimi kurort zonalarının havası ilə oxşardır, hətta onlardan daha üstündür.

 

1967-ci ilə qədər Şuşa yalnız klimatik mülicə kurortu hesab olunurdu. Həmin ildə Şirlan mənbəyindən Şuşaya mineral su xətti çəkiləndən sonra şəhər klimatik-balneoloji kurort statusu alır. Şirlan mineral suyundan mədə-bağırsaq xəstəliklərinin müalicəsində geniş istifadə olunmağa başlanılır.

Həkim Sevinc Abbasova bildirir ki, hazırda işləmək məqsədi ilə Şuşada yaşayan bir neçə xəstəsi dərman istifadəsini dayandırdıqlarını, əvvəlki narahatlıqları hiss etmədiklərini bildirirlər.

Şuşa kurortunda tənəffüs yolları xəstəlikləri, sinir-əsəb xəstəlikləri, maddələr mübadiləsinin xəstəlikləri, qanazlığı ilə yanaşı, mədə-bağırsaq xəstəliklərinin müalicəsi də mümkün olmuşdu. Ümumiyyətlə, Şuşa şəhərinin işğalı ərəfəsində Sanator-Kurort Birliyi binalarının sayı 18-ə çatmışdı. Burada 316 yerlik Şuşa istirahət evi və 1000 yerlik ümumittifaq əhəmiyyətli sanatoriyanın 6 yataq korpusu, müalicə korpusu, 400 yerlik yeməkxana və sairə fəaliyyət göstərirdi. 

 

Lakin Çox təssüf ki, 1992-ci ildə  Şuşa şəhəri Ermənistan silahlı qüvvələrin nəzarətinə keçdikdən sonra bütün turist bazaları tamamilə dağıdılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR