Azərbaycanın ən güclü tibb ocağında nələr var?

# 18:33
7 iyun 2022

Müdafiə Nazirliyi Baş Klinik Hospitalda media–tur təşkil edib.


APA TV xəbər verir ki, media-tur çərçivəsində Baş Klinik Hospitala gələn hərbi qulluqçuların tibb məntəqəsinə qəbul olunmasının imitasiyası həyata keçirilib.

Tibb xidməti polkovnik-leytenantı Vüsal Quluyev deyir ki, xəstələr ilk olaraq qeydiyyata cəlb edilir: “Yaralıdırsa, cərrahi müdaxilə olur. Onların sağlamlığı bizim üçün çox önəmlidir. Zərurət yaranarsa, hərbi qulluqçularımız müayinə üçün başqa şöbələrə göndərilir”.

Vüsal Quluyevin sözlərinə görə, Vətən Müharibəsi zamanı yaralanan hərbçilərimiz hospitalın peşəkar həkimlərinin sayəsində tezliklə öz sağlamlıqlarına qovuşa biliblər.

Burada müayinə və müalicə olunan hərbi qulluqçular personalın onlara göstərdikləri qayğı və diqqətdən razı olduqlarını bildirdilər.


Hospital MDB ölkələri arasında ən qabaqcıl Hərbi Tibb məntəqələrindən biridir. Buradakı həkimlərin peşakarlığının daha da artırılması üçün il ərzində mütamadi olaraq seminarlara və təlimlərə qatılırlar. Tibb xidməti polkovniki Firuddin Nəbiyev deyir ki, onların xaricidə əlavə bilik və bacarıqlarının artırılması üçün Müdafiə Nazirliyi tərəfindən işlər görülür: “Bizim hospitalda jurnalistlərimiz hərbi qulluqçuların müalicə və müayinəsini izlədilər. Baş Klinik Hospitalda ən son avadanlıqlardan istifadə olunur. Bu hospitalda istənilən cərrahi əməliyyatı aparmaq mümkündür. Həmçinin tibb xidməti qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirməyə hazırdır”.

Hospitalda jurnalistlər bir neçə şöbə ilə tanış olublar. Sonda jurnalistlərə hospitalın Vətən müharibəsindəki xidmətləri haqqında geniş məlumat verilib.

 


Semral Cavad,

Ceyhun Mustafayev,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR