Azərbaycanın ən qeyri-adi körpüsü: Gözünüzə inanmayacaqsınız

# 12:53
5 avqust 2022

 

Qubada qayaların arasında əmələ gələn, sərin suların axdığı bir oyuq var. Əsrlərdi qayalıqlara bəzək olan bu oyuğa yerli sakinlər soyuducu da deyirlər. APA TV-nin yerli bürosunun məlumatına görə, bu sehrli yer Qrızdəhnə yolunun başlanğıcında yerləşir. Soyuğu ilə nəfəsinizi buza çevirə biləcək bu məkan Təbii Minarə adı ilə məşhurdur. Yerli sakinlərin sözlərinə görə, bura elə soyuqdur ki, ərazidəki restoran sahibləri mağaranın girişinə qapı qoyub qıfıllayıblar və buradan soyuducu kimi istifadə edirlər. Təbii Minarə həm yaratdığı gözəl mənzərə, həm də sərinliyinə görə yerli və xarici turistlərin ən çox ziyarət etdiyi məkanlardan biridir. Qudyalçayın daş qayanı dəlib keçməsi nəticəsində yaranan bu təbii abidənin uzunluğu 30-35, eni 4-5, hündürlüyü isə 3-4 metrə çatır. Onun tektonik proseslər və çayın eroziyası nəticəsində IV əsrdə əmələ gəldiyi güman olunur. Sakinlərin sözlərinə görə, minarə həm də 10-15 metr yüksəklikdə təbii körpü rolunu oynayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR