Azərbaycanın Estoniya sınağı – APA TV - VİDEO
Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində beşinci oyununu keçirib.
Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Tallində Estoniyanın qonağı olub. Qarşılaşma yığmamızın 2:0 hesablı qələbəsi ilə bitib.
Matçda hesab 9-cu dəqiqədə açılıb. Elvin Cəfərquliyevin sol cinahdan ötürdüyü topu Toral Bayramov başla tora göndərib. 45+4-cü dəqiqədə fərq iki topa çatıb. Bu dəfə Ramil Şeydayev qazanılan penaltini dəqiq yerinə yetirib.
Qeyd edək ki, Azərbaycan yığması oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda Avstriyanı qəbul edəcək.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu