Azərbaycanın evlərinin görünüşü ilə diqqət çəkən şəhəri

# 16:06
26 sentyabr 2022

Lənkəranın təbiəti, gözəlliyi orda olan turistləri həmişə özünə cəlb edib. Bundan başqa rayonun gözəlliyinə gözəllik qatan, qonaqların da marağına səbəb olan çoxmərtəbəli, səkili və qırmızı kərpiclə hörülən evlərdir.

APA TV –nin yerli bürosunun xəbərinə görə, sakinlər deyir ki, Lənkəranda evlərin belə tikilməsi həm rayonun relyefi ilə, həm də ata-baba adətləri ilə bağlıdır. Burada ta qədimdən ev tikiləndə hər bir incəlik nəzərə alınırdı: günəşin evə düşməyi, evin istiqaməti, hətta qoyulan qapı və pəncərələr...

Kərpicdən tikilən evlərin digər daşlardan fərqi odur ki, kərpic, evi yayda sərin, qışda isə isti saxlayır. Sakinlər deyir ki, evlərin yerdən hündür olmasına diqqət edilməsinin də, çiy və qırmızı kərpicdən istifadə edilməsinin də səbəbi rütubətdən qorunmaq olub.

Evləri gözəlliyinə gözəllik qatan sonda binanın divarlarına vurulan bətkeşlərdir. 15 ildir ki, usta işləyən Seymur Ağayev deyir ki, bir evi bətkeşləmək 15 – 20 günə başa gəlir. Usta deyir ki, bətkeş işi kərpici çox qoruyur və həm də nəmişliyin qarşısını almaq üçün xeyirlidir. Ən əsası evə gözəllik verir.

Qeyd edək ki, hazırda kərpicli evlərin tikilməsi baha başa gəldiyi üçün, vətəndaşlar ev tikərkən başqa daşlardan istifadə edir.

İlkin Rzayev

Rövşən Almazoğlu

APA TV, Lənkəran

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR