Azərbaycanın Fələstində Təmsilçilik Ofisi təsis ediləcək
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Fələstində Təmsilçilik Ofisinin təsis edilməsi haqqında” qanunu təsdiqləyib.
Qanuna əsasən, Azərbaycanın Fələstin Dövlətində, Ramallah şəhərində Təmsilçilik Ofisi təsis ediləcək.
Dövlət başçısı Fələstində Təmsilçilik Ofisinin fəaliyyətinin təmin edilməsi haqqında Sərəncam da imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycanın Fələstində Təmsilçilik Ofisinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etməli və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Xarici İşlər Nazirliyi Təmsilçilik Ofisinin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək