Azərbaycanın keçmiş rəhbəri dəfn olundu

# 16:46
12 yanvar 2022

Azərbaycan SSR Kommunist Partiyasının birinci katibi olmuş Əbdürrəhman Vəzirov dəfn olunub.

 

APA TV-nin Moskva müxbirinin xəbərinə görə, Əbdürrəhman Vəzirov bu gün Moskvanın Troyekurovskoye qəbiristanlığında torpağa tapşırılıb.

 

Qeyd edək ki, Əbdürrəhman Vəzirov yanvarın 10-da Moskvada müalicə aldığı xəstəxanada 91 yaşında vəfat edib.

 

Qeyd edək ki, Əbdürrəhman Vəzirov 1930-cu ilk mayın 26-da Bakıda anadan olub. O, SSRİ-nin Nepalda və Pakistanda fövqəladə və səlahiyyətli səfiri olub. Ə. Vəzirov 1988-1990-cı illərdə Azərbaycan SSR Kommunist Partiyasının 1-ci katibi olub.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR