Azərbaycanın keçmiş rəhbəri vəfat etdi
Azərbaycan SSR Kommunist Partiyasının birinci katibi olmuş Əbdürrəhman Vəzirov vəfat edib.
APA TV-nin Moskva müxbirinin xəbərinə görə, Ə. Vəzirov bu gün səhər saatlarında 91 yaşında Moskvada dünyasını dəyişib.
Qeyd edək ki, Əbdürrəhman Vəzirov 1930-cu ilk mayın 26-da Bakıda anadan olub.
O, SSRİ-nin Nepalda (1979-1985) və Pakistanda (1985-1988) fövqəladə və səlahiyyətli səfiri olub.
Ə. Vəzirov 1988-1990-cı illərdə Azərbaycan SSR Kommunist Partiyasının 1-ci katibi olub.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu