Azərbaycanın sərhəd rayonlarında zəlzələ

# 12:50
14 fevral 2022

Gürcüstan ərazisində qeydə alınan zəlzələ qərb rayonlarımızda da hiss edilib.

 

APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, güclü yeraltı titrəşim nəticəsində insanlar evdən çölə çıxıb. Titrəyişi hündür mərtəbəli yaşayış binalarında yaşayan sakinlər daha çox hiss edib. Bir neçə dəqiqəlik həyəcan keçirən sakinlər nə baş verdiyini anlamağa çalışıblar. Xəsarət alan və hər hansı dağıntı barədə məlumat yoxdur. Qeyd edək ki, fevralın 13-ü təxminən saat 22:25 radələrində baş verən zəlzələ qərb rayonlarında hiss olunub. Təkan iki dəfə hiss olunub və bir neçə saniyə davam edib. Sakinlər evlərini tərk etdikdən 2 saat sonra evlərinə qayıdıblar.

 

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV Tovuz

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR