Azərbaycanlı aparıcı Ukraynada həlak oldu
Ukraynada gedən döyüşlər zamanı azərbaycanlı teleaparıcı Kərim Qulamov həlak olub.
Bu barədə Lent.az-a Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavad məlumat verib.
Onun sözlərinə görə, Kərim Qulamov Ukraynanın Obuxov şəhərində doğulub, son bir neçə ili isə İrpen şəhərində yaşayıb. O, 2018-ci ildən "M2" kanalında hərbi hit paradın aparıcısı kimi çalışıb.
Müharibə başlayandan sonra könüllü olaraq ordu sıralarına qoşulan Qulamov Ukraynanın şərqində gedən döyüşlərdə iştirak edib.
Əslən Azərbaycanın Lənkəran rayonundan olan K.Qulamovun iyulun 26-da 35 yaşı tamam olacaqdı.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu